Bu arada Krımın rəhbəri Sergey Aksyonov özünün Teleqram kanalında, Çeçenistan rəhbəri Ramzan Kadırovun Rusiya regionlarının rəhbərlərini təlimdə iştirak etmək üçün ən azı 1000 könüllü hazırlamağa və heyətə cəlb etməyə çağıran ideyasını tam dəstək verdiyini bildirib.
“...Mən Çeçenistan Respublikasının rəhbəri, dostum və qardaşım Ramzan Axmatoviç Kadırovun regionlarda könüllülərin hazırlanması təşəbbüsünü tam dəstəkləyirəm”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunları deyən Aksenov... sülhün mümkün qədər tez bərpa olunması üçün bütün səylərin göstərilməsinin vacibliyini billdirib.
Aksenovun sözlərinə görə, artıq Rusiya Federasiyasının bütün regionları artıq bu istiqamətdə işləyir.
...Və Krımda artıq 1200-dən çox könüllünü orduya cəlb edilib.
Maraqlıdır ki, Krım rəhbəri xüsusi hərbi əməliyyatın bütün vəzifələrinin yerinə yetiriləcəyinə də əminlik bildirib.
Xatırladaq ki, sentyabrın 15-də Çeçenistan rəhbəri Ramzan Kadırov özünün Telegram kanalında Rusiya regionlarının rəhbərlərinə xüsusi əməliyyatın keçirilməsinə kömək etmək üçün müraciətlə yazı dərc edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB