ABŞ Kadırov və ailəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ Kadırov və ailəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ hakimiyyəti 40-dan çox Rusiya vətəndaşına və Rusiya Federasiyasının 30-dan çox strukturuna qarşı sanksiya tətbiq edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə cümə axşamı, sentyabrın 15-də ABŞ Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunur ki, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov və onun ailə üzvləri sanksiya siyahısına daxil edilib. Bundan əlavə, Zaporojye vilayətinin hərbi-mülki administrasiyasının rəhbəri Yevgeni Balitski, Zaporojye MCA-nın əsas şurasının üzvü Vladimir Roqov, Rusiya Federasiyasının uşaq ombudsmanı Mariya Lvova-Belova və digər ruslar da sanksiya siyahısına daxil ediliblər.

...Yuxarıdakı şəxslərin Birləşmiş Ştatlarda olan və ya ABŞ-dan olan şəxslərin nəzarəti altında olan bütün əmlakları bloklanır. Bundan əlavə, 50 faiz və ya daha çox sanksiyaya məruz qalmış bir və ya bir neçə şəxsə birbaşa və ya dolayısı ilə məxsus olan hər hansı təşkilatlar da bloklanır. Bunu da ABŞ nazirliyi bildirib.

Bundan əlavə, ABŞ Xəzinədarlığı sanksiyalar altındakı vətəndaşların əmlakı ilə istənilən əməliyyatı qadağan edib.

Xatırladaq ki, Rusiyanın Ukraynada xüsusi əməliyyat keçirməsi beynəlxalq ictimaiyyətin ciddi reaksiyasına səbəb olub. Qərb dünyası, o cümlədən Avropa İttifaqı ölkələri, Böyük Britaniya və ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Onu da qeyd edək ki, məhdudiyyətlər müxtəlif sənaye sahələrinə də təsir etməkdədir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə