Özbəkistanın Səmərqənd şəhərində Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Qırğızıstan ərazisindəki hissəsinin tikintisi layihəsi ilə bağlı əməkdaşlıq sazişi imzalandı.
SİA xəbər verir ki, Qırğızıstan Prezident Aparatı Mətbuat Xidmətindən verilən məlumata görə, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin başçılarının zirvə toplantısına ev sahibliyi edən Səmərqənd şəhərində Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Qırğızıstan tikintisi hissəsi ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb.
Sazişi Qırğızıstanın nəqliyyat və kommunikasiyalar naziri Erkinbek Osoyev, Özbəkistanın nəqliyyat naziri İlhom Mahkamov və Çinin İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsinin sədri He Lifen imzalayıb.
Bildirilib ki, saziş Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinin aparılacağı Toruqart-Arpa-Məkmal-Cəlalabad marşrutu üzrə texniki-iqtisadi əsaslandırmanın ən geci 2023-cü il iyunun 1-dək başa çatdırılmasını nəzərdə tutur.
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi Mərkəzi Asiyanın Cənub-Şərqi, Qərbi Asiya və Yaxın Şərq bazarlarına çıxışını təmin etmək məqsədi daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB