“Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının lideri Sergey Mironov Duma Şurasının müdafiə naziri Sergey Şoyqunun Dövlət Dumasına dəvətinə bazar ertəsi, sentyabrın 19-da baxacağını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “RİA Novosti” yayıb.
“...Duma Şurası bazar ertəsi Şoyqunun Dövlət Dumasına dəvət olunması məsələsinə baxacaq”, - deyən siyasətçi Müdafiə Nazirliyinin rəhbəri ilə görüşün qapalı olacağını da qeyd edib.
Beləliklə, sentyabrın 14-də “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının Rusiyanın müdafiə naziri Sergey Şoyqunu Dövlət Dumasına dəvət edəcəyi məlum olub. Deputatların müdafiə nazirini palatanın qapalı iclasında dinləmək istədikləri dəqiqləşdirilib. Bununla bağlı müvafiq təklif Duma Şurasına da ünvanlanıb.
Qeyd edək ki, müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla Rusiya prezidenti Vladimir Putinin sentyabrın 6-da keçirdiyi görüş də qapalı keçirilmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB