Putin Moskva və Pekin tandeminin planet üçün əsas rolunu açıqlayıb

Putin Moskva və Pekin tandeminin planet üçün əsas rolunu açıqlayıb

Xəbər verildiyi kimi, Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçirilir. Sammit çərçivəsində Rusiya prezidenti Vladimir Putin Çin prezidenti Si Cinpin ilə danışıqlar aparıb. Kremlin saytı xəbər verir ki, görüş zamanı rusiyalı prezident bir sıra mühüm açıqlamalar verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ikitərəfli görüş zamanı Putin Çin Xalq Respublikasının sədrinə Çin xalqının dinamik inkişafı üzrə genişmiqyaslı planın həyata keçirilməsində uğurlar arzulayıb.

Rusiya prezidenti vurğulayıb ki:

- beynəlxalq gündəm dəyişir, lakin Rusiya və Çin arasında dostluq dəyişməz olaraq qalır;

- güclər arasında münasibətlər möhkəmlənməkdə davam edir;

- Moskva və Pekinin xarici siyasət tandemi qlobal və regional sabitliyin təmin edilməsində əsas rol oynayır;

- Rusiya və Çin ədalət, beynəlxalq hüquqa hörmət və BMT-nin mərkəzi rolunun tanınması prinsiplərinə əsaslanan çoxqütblü dünya nizamının formalaşmasının tərəfdarıdır;

- Moskva qətiyyətlə, sarsılmaz olaraq “vahid Çin” prinsipinə sadiqdir;

- Rusiya Federasiyası Ukrayna münaqişəsi ilə bağlı Pekinin balanslaşdırılmış mövqeyini yüksək qiymətləndirir.

Bundan əlavə, Vladimir Putin qeyd edib ki, güclər arasında, xüsusən də iqtisadi sahədə çoxsahəli əlaqələr fəal şəkildə inkişaf edir. Belə ki, 2021-ci ildə ticarət dövriyyəsi 35 faiz artaraq 140 milyard dolları ötüb, bu il isə daha 25 faiz artıb.

Putinin dediyinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin 200 milyard dollara çatdırılması planlaşdırılır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə