Zelenskinin avtomobilinin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb
Ukraynanın Dövlət Təhqiqat Bürosu prezident Vladimir Zelenskinin avtomobilinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi açıb.
Büronun Teleqram kanalının məlumatına görə, ötən gün minik avtomobili ilə Ukrayna prezidentinin avtomobili və müşayiət edən maşınlar toqquşub.
Hazırda kompleks istintaq hərəkətləri həyata keçirilir. SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, heç bir xəsarət almayan Zelenski işləyir, planlaşdırılan tədbirlər qrafik üzrə gedir.
Əli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB