ABŞ Ukraynaya qabaqcıl raket sistemləri tədarük edəcək

ABŞ Ukraynaya qabaqcıl raket sistemləri tədarük edəcək

ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi növbəti hərbi yardım paketində ABŞ-ın Ukraynaya qabaqcıl raket sistemləri təqdim etməyə hazırlaşdığını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “RİA Novosti” yayıb.

...Biz onlara şərqdə və dəqiq desək, cənubda döyüşmək üçün çox ehtiyac duyduqları silah və texnikanı verəcəyik, deyən Kirbi bu siyahıya inkişaf etmiş raket sistemlərinin daxil edildiyini bildirib. Bundan əlavə, siyasətçi yaxın vaxtlarda Ağ Evin Kiyevə yeni hərbi yardım paketinin elan edəcəyini bildirib.

Xatırladaq ki, ötən gün Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov HIMARS MLRS üçün ATACMS taktiki raketlərinin Ukraynaya tədarükünə başlanmasını ABŞ-ın Rusiya ilə hərbi münaqişədə birbaşa iştirakına səbəb ola biləcəyinin xəbərdarlığını etmişdi.

Amerikanın Ukraynaya verəcəyi HIMARS sistemləri ilə Kiyevin Rusiyanın iri şəhər və müxtəlif infrastruktur obyektlərini vuracağını istisna etməyən Antonov, “...belə bir ssenarinin ABŞ-ın Rusiya ilə hərbi qarşıdurmada birbaşa iştirakı” olacağını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə