Çeçenistan rəhbəri Ramzan Kadırov rusiyalı qubernatorlara çağırış edib. Belə ki, o qubernatorları ölkədə səfərbərliyin rəsmi elanını gözləməməyi və hər birinin özü səfərbərlik edərək, ordunu ən azı min könüllü ilə təmin etməlidir.
...Əslində Ramzanın bu çağırışının... nələrdənsə xəbər verdiyi etiraf edilməlidir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Ramzanın “ən azı min könüllü”nün bu mövzu üçün bir o qədər də böyük rəqəm olmadığı deməsi də qəribə görünür.
Maraqlıdır ki, Kadırov Rusiyanın regionlarından orduya çağırılacaq könüllülərin sayını,.. hələlik minimum kimi dəyərləndirsə də, ancaq onun təqribi hesablamalarına görə, bu 85 min nəfərlik təsiredici hərbi kontingent deməkdir.
...Qeyd edim ki, burada daha maraqlı bir nüans isə, Ramzan Kadırovun Rusiyada hərbi vəziyyətin tətbiqinin tərəfdarı kimi dediklərinin onun şəxsi fikir olduğunu vurğulamasıdır.
Gərək ki, Kadırov ötən gün də Rusiya Federasiyasında hərbi vəziyyətin elan edilməsini və istənilən silahdan istifadənin səbəbi kimi, ölkəsinin NATO bloku ilə müharibə vəziyyətində olmasıyla əlaqələndirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB