Çamadanların içərisində uşaq cəsədləri tapıldı

Çamadanların içərisində uşaq cəsədləri tapıldı

Hərracda alınan anbardan evə aparılan əşyalar dünyanı şoka salıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, illər əvvəl övladlarını öldürüb çamadanlara qoyan ana minlərlə kilometr uzaqda başqa ölkədə yaxalanıb.

Yaşları 5 ilə 10 arasında olan iki uşağın cəsədinin qalıqları illərlə Oklend ştatının Manurewa şəhərindəki anbarda saxlanılan çamadanlarda gizlədilib.

Avqustun 11-də hərracda anbardakı bütün əşyaları alan əcnəbilər Klendon Parkdakı evlərinə apardıqları çamadanların içərisində cəsədlərin qalıqlarını görəndə dərhal polisə müraciət ediblər.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə