"...Şələni qoy yerə, gəl əlləşək!"

ABŞ Senatı Tayvana 4,5 milyard dollarlıq hərbi yardımı təsdiqləyib
"...Şələni qoy yerə, gəl əlləşək!"

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Tayvana 4,5 milyard dollarlıq hərbi yardımın ayrılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu komitə sədri Cim Riş jurnalistlərə verdiyi aşıqlamada bildirib.

Ehtimal olunur ki, paytaxt Taypey bu vəsaiti dörd il ərzində alacaq. Bundan əlavə, Tayvana 2 milyard dollara qədər hərbi alış üçün kredit zəmanəti də veriləcək.

Bu arada qeyd edək ki, Birləşmiş Ştatların Tayvana “ABŞ-ın NATO-dan kənar əsas müttəfiqi” statusunu verməsi də planlaşdırılır.

Qeyd edək ki, qanun layihəsi müvafiq komitədə təsdiqləndikdən sonra “Tayvan siyasəti haqqında” Konqresin yuxarı palatasının bütün tərkibi tərəfindən nəzərdən keçiriləcək.

...Və sonda qeyd edək ki, bu lap amerikalıların çinlilərə meydan oxumasına bənzədi. Yəni loru dildə desək, onu necə deyirlər,.."...şələni qoy yerə, gəl əlləşək!"

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə