Dünyanın ən böyük məzmuna malik platformalarından biri olan "YouTube" ödənişli abunə sisteminə investisiyalarını artırır. SİA xəbər verir ki, "YouTube" pulsuz abunə xidməti alan istifadəçilərinə ard-arda 5 reklam göstərmək üçün lazımi sınaq işlərinə başlayıb. Dünyanın ən böyük məzmun platformalarından biri olan "YouTube", son illərdə əldə etdiyi uğurlarla başqa bir dünyaya çevrilib.
"YouTube" ilkin olaraq Premium olmayan abunəliklərində 5 saniyədən çox olmayan 1 reklamdan istifadə edirdi. Lakin son vəziyyətdə platforma 10 saniyə davam edən 2 reklam yerləşdirə bilir. Şirkət indi biznesin həcmini daha da artırır. Platforma pulsuz abunə xidməti alan istifadəçilərinə ardıcıl 5 reklam göstərmək üçün lazımi test işlərinə başlayıb. Ardıcıl 5 reklam siyasətində hər bir reklam 6 saniyə uzunluğunda olacaq. Beləliklə, istifadəçinin reklam bölməsində keçirdiyi vaxt əvvəlki kimi qalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB