“...Çibinin ağzını bir az böyük aç!”

Polşa Almaniyadan, sonra Rusiyadan da təzminat tələb etmək istəyir
“...Çibinin ağzını bir az böyük aç!”

Polşa Seymi böyük səs çoxluğu ilə Almaniyadan İkinci Dünya Müharibəsi zamanı dəymiş ziyana görə kompensasiya tələb edən qətnamə qəbul etdi.

Sənəddə Polşa Respublikasının Almaniya dövlətinin bu ölkəyə vurduğu çoxsaylı insan və maddi itkilərə görə heç vaxt kompensasiya almadığı xatırlanır. Amma, deyəsən, bu dəfə almaqda iddialıdır.

Polyakların dediyinə görə, bu iddiaların illər keçdikcə geri götürülməsi və ya aktuallığını itirməsi barədə deyilənlərin nə mənəvi, nə də hüquqi əsası yoxdur.

Maraqlıdır ki, Polşada fəaliyyətdə olan “Hüquq və Ədalət Partiyası” qətnamənin qəbulundan əvvəl “Polşa Rusiyanın təcavüzü və işğalı nəticəsində itkilərə görə heç vaxt kompensasiya almayıb” deyə düzəliş təqdim edib.

Yəni qətnamədəki düzəlişdən belə başa düşülür ki, polyaklar almanlardan kompensasiya aldıqdan sonra, bunu ruslardan da tələb edəcəklər.

Burda deyirllər ey, “cibinin ağzını bir az böyük aç!”

Qeyd edək ki, SİA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bundan əvvəl Polşa hakimiyyəti Almaniyadan İkinci Dünya Müharibəsində polyaklara dəymiş ziyana görə təzminat kimi almanlardan 6,2 trilyon zloti (təxminən 1,3 trilyon dollar) tələb etdiklərini bildirilmişdi.

Dediyim kimi, polyaklar almanlarla yanaşı ruslardan da təzminat alacaqlarını düşünürlər. Bəli, sadəcə olaraq düşünürlər. Çünki Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Polşanın Rusiyadan təzminat almaq hüququna malik olması ilə bağlı bəyanatlarını “fırıldaqçılıq” adlandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə