"...Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkə əhalisinə müraciət edərək bildirib ki, hakimiyyət Azərbaycanla münasibətlərin tənzimlənməsi ilə bağlı heç bir sənəd imzalamayıb və bunu planlaşdırmır".
Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində hökumət saatı zamanı İrəvanın müəyyən sənəd imzalamaq niyyətində olduğunu bildirmişdi. Bu, isə ermənilər arasında narazılıq dalğasına səbəb olmuş və onlar hökumət və parlament binası qarşısında kortəbii etirazlara başlamışdılar.
“...Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışı müxtəlif KİV-lər tərəfindən təhrif edilib və qəsdən saxtalaşdırılıb”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu ermənilərin təhlükəsizlik xidməti yayıb.
Milli Təhlükəsizlik Şurası Ermənistan əhalisini manipulyasiyalara uymamağa çağırıb və İrəvanla Bakı arasında münasibətlərin nizamlanmasına dair heç bir sənədin imzalanmadığını və imzalanmasının planlaşdırılmadığını təsdiqləyib.
Milli Təhlükəsizlik Şurası iddia edir ki, baş nazir parlamentdə yalnız Ermənistanın təhlükəsizliyini, suverenliyini və davamlı sülhünü təmin edəcək sənədi imzalamağa hazır olmasından danışıb. Bunun ardınca hökumət başçısı sosial şəbəkədə canlı yayıma çıxıb, imzalanma, eləcə də Azərbaycanla münasibətlərin tənzimlənməsinə dair sənəd imzalamaq planları ilə bağlı məlumatları təkzib edib.
Baş nazirin sözlərinə görə, bu gün belə bir sənədin layihəsi belə yoxdur. Bundan əvvəl Ermənistan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) ölkənin ərazi bütövlüyünün bərpası üçün hərbi yardım göstərməyi rəsmən xahiş edib.
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla sərhəddə Ermənistan tərəfinin atəşə tutulması nəticəsində itkilər 105 nəfərə çatıb.
Bu ərəfədə tərəflər Rusiya Federasiyasının vasitəçiliyi ilə atəşkəs sazişi bağlayıblar. Bununla belə, İrəvan bu gün Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatların yenidən başladığını və atəşkəsin cəmi bir günə yaxın davam etdiyini açıqlayıb. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan qüvvələri Cermuk və Verin Şorji istiqamətində irəliləyir.
Eyni zamanda, onların “artilleriya, minaatan və hücum pilotsuz təyyarələrindən istifadə etdikləri” iddia edilir.
Təbii ki, yağı düşməndən başqa nəsə gözləməyə də lüzum yox idi. Necə deyərlər, ilanın ağına da, qarasına da lənət!
Yeri gəlmişkən, Azərbaycan Müdafiə Nazirliyi atəşkəs rejiminin məhz Ermənistan hərbçiləri tərəfindən pozulduğunu bəyan edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB