ABŞ Mərkəzi Asiyadakı məqsədini açıqlayıb...

ABŞ Mərkəzi Asiyadakı məqsədini açıqlayıb...

ABŞ-ın Mərkəzi Asiya siyasətinin əsas məqsədi region ölkələrinin iqtisadiyyatlarını Rusiyadan ayırmaqdır.

SİA TASS-a istinadən bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) direktor köməkçisinin müavini Anjali Kaur tərəfindən deyildiyini bildirir.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə o, ABŞ hakimiyyətinin Mərkəzi Asiya dövlətlərinin iqtisadiyyatlarının qarşılıqlı əlaqəsini gücləndirməklə məşğul olduğunu vurğulayıb.

Bundan əlavə, Vaşinqton iqtisadi artımı stimullaşdırmağa çalışır və iqlim dəyişikliyi ilə mübarizə sahəsində birgə fəaliyyətə can atır.

“Biz bütün bu prioritetləri son nəticədə Mərkəzi Asiya iqtisadiyyatlarını Rusiya iqtisadiyyatından ayırmaq üçün kritik hesab edirik və bu, bizim məqsədimiz olmalıdır”.

Qeyd edək ki, bunu Anjali Kaur bəyan edib.

Bir müddət əvvəl amerikalı tətbiqi iqtisadiyyat professoru Stiv Hanke demişdi ki, Rusiya Qərbin sanksiyalarının xərclərini öz üzərinə götürəcək, lakin dünyanın qalan hissəsinin hansı nəticələri gözlədiyi fonunda onlar “sönəcək”.

Ekspert hesab edir ki, Moskvaya qarşı məhdudiyyətlər əks-məhsuldar, səmərəsiz olub və Rusiya siyasətinə hələ də təsir göstərə bilməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə