Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Andrey Luqovoy dövlətə xəyanət və casusluğa görə məsuliyyətin sərtləşdirilməsini təklif edib. Onun fikrincə, indi bu cür cinayətlərin şikayət və vətəndaşlıqdan məhrum etmə hüququ olmadan ömürlük həbslə cəzalandırılması “həmişəkindən daha vacibdir”.
SİA-nın əldə etdiyi məlumata görə, bunu “RİA Novosti” xəbər verir.
Qeyd edək ki, deputat sovet dövründə xəyanətə görə edam olunma cəzasını xatırladıb.
Luqovoy, dövlətə xəyanətə görə cəzanın sərtləşdirilməsi zərurətini onunla izah edib ki, son 10 ildə ölkədə qeyri-dost şəraitdə yaşayır, Rusiya Federasiyasında xarici kəşfiyyat xidmətləri, əsasən, Britaniya və amerikalılar fəal işləyirlər. İndi Ukraynada keçirilən xüsusi əməliyyat fonunda vətənlərinə münasibətdə mənəvi sərhədi keçənlərin sayı eksponent olaraq artır.-deyən Luqovoyun sözlərinə görə, bu gün istənilən təxribat hərbçilərin və ya mülki əhalinin ölümü ilə nəticələnə bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB