“Moskvanın atacağı hər hansı bir addım cavabsız qalmayacaq”

Olaf Şolz: Putin hələ də Ukrayna ilə bağlı vəziyyətdə səhvini başa düşməyib
“Moskvanın atacağı hər hansı bir addım cavabsız qalmayacaq”

Almaniya kansleri Olaf Şolz Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı xüsusi hərbi əməliyyata başlamaq qərarının səhv olduğunu hələ dərk etmədiyini bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bunu bir gün əvvəl Putinlə telefon danışığından sonra deyib.

Xatırladaq ki, söhbət zamanı Şolz Rusiya prezidentini “atəşkəs, Rusiya qoşunlarının tamamilə çıxarılması və Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında mümkün qədər tez diplomatik həll tapmağa” çağırıb. Qeyd edək ki, söhbət əsnasında Almaniya hökumətinin başçısı Putinə Moskvanın bundan sonra atacağı hər hansı bir addımın cavabsız qalmayacağının da xəbərdarlığını edib.

Kremlin mətbuat xidməti isə Putinlə söhbətində “federal kanslerin diqqətinə Ukrayna tərəfinin beynəlxalq humanitar hüququ kobud şəkildə pozması, Donbass şəhərlərinin atəşə tutulması, nəticədə dinc əhalinin həlak olmasına və mülki infrastruktura qəsdən ziyan vurulması şatdırılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə