Finlandiya rusların 189 milyon avroluq əmlakını müsadirə edib

Finlandiya rusların 189 milyon avroluq əmlakını müsadirə edib

Finlandiya hakimiyyəti Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyata görə Avropa İttifaqının və digər Qərb ölkələrinin sanksiya siyahısında olan rusların təxminən 189 milyon avro dəyərində əmlakını müsadirə edib.

SİA xəbər verir ki, “RİA Novosti” bu barədə “MTV3” telekanalına istinad edib.

Hesabatda açıqlanır ki, müsadirə olunan aktivlərin çeşidi inanılmaz dərəcədə genişdir, yəni səhmlərdən və bank depozitlərindən sənaye xammalına, nəqliyyat vasitələrinə, dəmiryol vaqonlarına və daşınmaz əmlaka qədər...hər şey var.

Yeri gəlmişkən qeyd edək ki, bu gün səhər saatlarında Avropa İttifaqı Şurası Avropa İttifaqının “Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozmaqda və ya təhlükə altına almaqda” günahkar hesab etdiyi şəxslərə qarşı fərdi sanksiyaların daha altı ay müddətinə, 2023-cü il martın 15-dək uzadılması barədə qərar qəbul edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə