“...Ermənistan ərazisində heç bir dəhliz verilməyəcək”.
SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı deyib.
“Ərazi bütövlüyümüz məsələsində başqalarının fikri bizi xüsusilə narahat etməməlidir. Biz bəyan etmişik ki, Ermənistan ərazisindən dəhliz verməyəcəyik. Bu baxımdan biz nə güclü, nə də ən böyük olmasaq da, başqalarının fikri bizi ikinci planda narahat edir”, - Paşinyan bildirib.
O daha sonra bildirib ki, bu məsələdə müttəfiqlərlə ortaq fikir var. Nikol eyni şeyin beynəlxalq ictimaiyyətə də aid olduğunu bildirib.
“Heç bir ölkə yoxdur ki, bizimlə dəhlizlə bağlı danışsın. Əgər cəhd edən ölkə varsa, biz bunu müzakirə etməyəcəyik, çünki bu məsələ müzakirə olunmur”. Bunu da Nikol deyib.
Azərbaycanın 9 noyabr 2020-ci il tarixli bəyanatın 9-cu bəndinə istinad etdiyinə diqqət çəkən Nikol, burada yeganə dəhlizin adı Laçın olduğunu bildirib.
Bununla belə o, Ermənistanın kommunikasiyaların açılmasında maraqlı olduğunu bir daha vurğulayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB