Quterreş Rusiya məhsullarının ixracı problemindən danışacaq

Quterreş Rusiya məhsullarının ixracı problemindən danışacaq

BMT-nin baş katibi Antonio Quterreş BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində Rusiyanın ərzaq və gübrə ixracı məsələsini qaldırmağı planlaşdırdığını bildirib.
SİA bu barədə rus saytlarına istinad edir.

“...Rusiyada ərzaq və gübrələrin bəzi ixracatları mövcuddur, lakin onlar bizim istədiyimizdən azdır. Və bu, mənim ümumi müzakirələr zamanı danışdığım və danışmağa davam edəcəyim sahədir”.

Qeyd edək ki, Quterreş bunu çərşənbə günü keçirdiyi mətbuat konfransında deyib.

Xatırladaq ki, çərşənbə günü Rusiya prezidenti Vladimir Putin BMT-nin baş katibi ilə telefon danışığı aparıb.

Bu arada Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, Antonio Quterreş Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına çatdırılması yolunda bütün maneələrin aradan qaldırılması üçün BMT-nin Katibliyi və ixtisaslaşmış qurumları tərəfindən görülən səylər barədə ətraflı məlumat verib. Bundan əlavə o, bu problemin həllinə tam sadiq olduğunu qeyd edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə