Rusiya qarşı ikinci cəbhə açılmayacaq...

Rusiya qarşı ikinci cəbhə açılmayacaq...

Gürcüstan sülhü qorumağa çalışdığı üçün sanksiyalarda iştirak etməyəcək və Rusiya ilə ikinci cəbhə açmayacaq.

Qeyd edək ki, bu bəyanatla hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze çıxış edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,

onun sözlərini “Sputnik Gürcüstan” sitat gətirir.

Xatırladaq ki, Kiyev nümayəndələri dəfələrlə Gürcüstanı Rusiya ilə ikinci cəbhə açmağa çağırıblar. Xüsusilə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov, Ali Radanın deputatı Fyodor Venislavski, prezident aparatının rəhbərinin müşavirləri Mixaylo Podolyak və Oleksiy Aretoviç bu barədə bir müddət əvvəl də danışmışdılar.

Maraqlıdır ki, onların müraciətlərinə cavab verən Kaladze Gürcüstanın sanksiyalarda iştirak etməyəcəyini və ikinci cəbhə açmayacağını bildirib.

Kaladzenin fikrincə çünki bu gün sülhü, əmin-amanlığı qorumaq və iqtisadi inkişafı təşviq etmək həmişəkindən daha vacibdir.

Partiya katibi, həmçinin ölkə hakimiyyətinin öz ölkəsinin və xalqının mənafeyindən çıxış edəcək vətənpərvərlərdən ibarət olduğunu bildirib.

Yeri gəlmişkən bildirək ki, bir müddət bundan əvvəl hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze Kiyevin ikinci cəbhəyə çağırışları fonunda ölkədə müvafiq referendumun keçirilməsinə icazə vermişdi. Bununla belə, o, Gürcüstan hakimiyyətinin Rusiya ilə qarşıdurma ideyasını dəstəkləmədiyini vurğulamışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə