Efiopiyada hava hücumu nəticəsində 10 nəfər öldü

Efiopiyada hava hücumu nəticəsində 10 nəfər öldü

Efiopiyanın Tiqray bölgəsinə həyata keçirilən 2 ayrı hava hücumu nəticəsində azı 10 nəfər ölüb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Mekelle şəhərindəki Ayder xəstəxanasının direktoru həkim Kibrom Gebreselassie bildirib ki, bu gün səhər saatlarında Tiqray bölgəsinin paytaxtı Mekelleyə hava hücumu təşkil edilib.
Hava hücumları nəticəsində 10 nəfərin həyatını itirdiyi bildirən Gebreselassie 3-ü ağır olmaqla çox sayda adamın yaralandığını vurğulayıb.
Qeyd edək ki, hücumlarla bağlı rəsmi açıqlala verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə