Çeçenistanın rəhbəri Ramzan Kadırov “zorakı və ən skeptik şərhçilərə” müraciət edərək, xüsusi əməliyyat zamanı rus qoşunlarının heç yerə geri çəkilmədiyini bildirib.
SİA-ın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə “Telegram”da danışaraq, bunu təkzib edib.
Ramzanın sözlərinə görə, bu cür mesajlar Qərbin təxribatıdır.
Daha sonra döyüşlərdə taktika və strategiya kimi anlayışların olduğuna diqqət çəkən Kadırov bunun nə olduğunu xırdalamağa lüzum görmədiyi üçün, ruslara ancaq... aldanmamağı məsləhət görüb.
Yəni Qərbin yalan təbliğatına qulaq assanız da, sadəcə olaraq onlara inanmayın.
Qeyd edim ki, adamın Allahı var, Ramzan burada yerlilərinə nə Solovyov nə də Skabeyevaya qulaq asıb-asmamaq barədə də bir söz deməyib.
Amma rus ordusunun humanizmindən necə deyərlər xeyləm danışıb. Rusiya hərbçilərinin sadəcə “divan cahillərinin manyak istəklərini söndürmək üçün” hər kəsə, o cümlədən mülki şəxslərə atəş aça bilməzlər-deyib Ramzan.
Qeyd edilməlidir ki, Kadırov burada öz arzusunu da dilə gətirməyi unutmayıb.
...İmkanım olsaydı, bütün ölkədə hərbi vəziyyət elan etməklə yanaşı, istənilən silahdan istifadə edərdim, deyən Ramzan bu arzusunu hazırda NATO bloku ilə müharibə vəziyyətində olmaları ilə əlaqələndirib.
Yadımdaykən onu da deyim ki, bir müddət bundan əvvəl Çeçenistan rəhbəri respublikada çoxlu sayda hərbi qulluqçunun cəbhə xəttindəki döyüşçülərə qoşulmaq arzusunda olduğunu bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB