Bizim o kinodakı Mıqqı demişkən... gəlhagəldi ki...

Bizim o kinodakı Mıqqı demişkən... gəlhagəldi ki...

Almaniya Kiyevə daha dörd “Gepard” özüyeriyən zenit silahı verməklə onların ümumi sayını 24 ədədə çatdırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “İnterfaks” yayıb.

Rus saytının yazdığına görə, bununla “kifayətlənməyən” Almaniya hələ daha altı “Gepard”ı Ukraynaya göndərilməyə hazırlaşır.

Bundan əlavə Ukrayna Silahlı Qüvvələri SPAAG-lar üçün 53 000 mərmi də alıb.

Qeyd edək ki, hazırda Almaniyanın Ukraynaya göstərdiyi hərbi yardım 1,2 milyard dollar həcmində qiymətləndirilir.

Yeri gəlmişkən, bu ərəfədə Ukraynanın tezliklə ABŞ-a silah tədarükü üçün yeni sorğu göndərəcəyi də məlum olub.

Bunu isə “The Wall Street Journal” nəşri amerikalı qanunvericilərin aldıqları arzu olunan silahların siyahısına istinadən yayıb.

Beləliklə, siyahıya tanklar, dronlar, artilleriya sistemləri, 2000 “HIMARS” reaktiv yaylım atəşi sistemi, gəmi əleyhinə “Harpoon” raketləri və “ATACMS” ballistik raketləri daxil olmaqla...ümumilikdə 29 silah daxildir.

Bu arada belə görünür ki, Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Fransanı silah çatışmazlığı səbəbindən Kiyevə hərbi yardımın artırılması ilə bağlı çağırışı da deyəsən cavabsız qalmayacaq.

...Və hələ bunlar amış kimi, ABŞ dövlət katibi Entoni Blinken da Ukraynaya 2,8 milyard dollar, o cümlədən silahlar üçün 675 milyon dollar məbləğində yeni yardım vəd edib.

...Bizim o kinodakı Mıqqı demişkən...gəlhagəldi ki...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə