Ermənistan Qərbdən dəstək axtarır..?

Ermənistan Qərbdən dəstək axtarır..?

“...Ermənistan qoşunlarının Azərbaycanın sərhədyanı rayonlarına hazırkı hücumu İrəvanın qarşıdurma istəkləri ilə Qərbin Cənubi Qafqazda daimi gərginliyi saxlamaq maraqlarının vəhdəti ilə izah olunur".

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə publisist və teleradio aparıcısı Maksim Şevçenko Azərbaycan və Ermənistan sərhədindəki döyüşləri şərh edərkən deyib.

Şevçenkonun sözlərinə görə, Bakı Zəngəzur dəhlizini tələb edir, lakin İrəvan Zəngəzur dəhlizini verməyəcəyini bəyan edir.

...Bu gün, erməni xalqının adından danışan insanlar özlərini elə bədbəxtlər kimi göstərməyə çalışırlar ki, guya qarşı qonşuları olan türklər və azərbaycanlılar, iş-güclərini atıb ancaq bunlara qarşı silahlanmaqla məşquldurlar.

Əslində ermənilər hər zaman özlərini belə aparıblar: guya onlar humanist bir xalq kimi davaya qarışırlar,..amma Azərbaycan ordusu onları dinc yaşamağa qoymur, erməni kimi məzlum bir xalqı təxribata çəkir.

Şevçenkonun dediyinə görə, bununla ermənilər diqqəti özlərinə çəkmək və dünyada özlərinə dəstək əldə etməyə çalışırlar.

Təbii ki, erməniləri yaxşı tanıyanın biri kimi, Şevçenko onların son əməllərini də "səciyyəvi siyasi təxribat texnologiyası” kimi təqdim edir.

Rusiyalı publisistə görə, bu yaxınlarda erməni Ruben Vardanyanın Qarabağa köçməsi səbəbsiz deyildi. Hazırda Qarabağı “erməni sivilizasiyasının beşiyi” adlandıran bu gədə az qala dünyanı Qarabağ ermənilərinin müdafiəsinə qalxmağa çağırır.

“...Vardanyanın bu sözlərindən indiki hərbi əməliyyatlara qədər çox az vaxt keçib, ona görə də burada birbaşa hazırlanmış təxribat xətti var”. Bunu Şevçenko deyir.

Publisist qeyd edir ki, bu gün İrəvan təxribatlarının mühərriki Qərbdir. Onun fikrincə, bu hadisələr beynəlxalq səviyyədə maraq doğuran ABŞ və Fransadan ilhamlanıb. Məhz buna görə də, imperializm beynəlxalq siyasətdən getməyənə qədər belə toqquşmalar və müharibələr həmişə olacaq.

Bunu da Şevçenko bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə