Qərbin sanksiyalarından Rusiya üçün risklər aradan qalxmayıb və Rusiya Federasiyasının bazarlardan çıxarılması davam edəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə bu gün 2023-cü il üçün federal büdcə layihəsi və 2024 və 2025-ci illərin planlaşdırma dövrü ilə bağlı iclas keçirən baş nazir Mixail Mişustin xəbərdarlıq edib.
...Risklər, əlbəttə ki, aradan qalxmayıb. İndiyədək kollektiv Qərb ölkəmizi qlobal iqtisadiyyatdan kənarlaşdıra bilməyib. Bu cəhdlər dünya bazarında həddindən artıq yüksək qiymətlərə və qarşıdan gələn qışın necə keçəcəyi ilə bağlı qorxulara səbəb olub. Bununla belə, bizi adi satış istiqamətlərimizdən sıxışdırmağın davam edəcəyi göz qabağındadır.
Bunları deyən Mişustinin sözlərinə görə, “gələcək üçün planlar tərtib edilərkən bu, öz strateji hədəflərimizi unutmadan” və “ilk növbədə, milli inkişaf məqsədləri çərçivəsində prezidentin müəyyən etdiyi məqsədləri nəzərə almaq lazımdır”.
Baş nazir Nazirlər Kabinetin Rusiya iqtisadiyyatının adaptasiyası və restrukturizasiyasını” davam etdirəcəyinə söz verib. Bunun üçün isə ümid yeri təkcə dost ölkələrdir.
...Biz dost dövlətlərlə əlaqələrimizi genişləndirmək üçün ixracın yenidən istiqamətləndirilməsini dəstəkləyəcəyik. Ölkə daxilində istehsal zəncirlərini quracaq, texnoloji və iqtisadi suverenliyimiz səviyyəsini yüksəltməyə çalışacağıq.
“...Orta və uzunmüddətli perspektivdə bu inkişaf yolu bizim üçün əvvəlki konfiqurasiyanı saxlamaqdan daha faydalıdır. Bu, yerli istehsalın artması, kapitalın Rusiya yurisdiksiyasına cəlb edilməsi, eləcə də özünün elmi və texnoloji bazasının möhkəmləndirilməsi üçün böyük imkanlar açır”.
Qeyd edək ki, bunları deyən rusiyalı baş nazir əminlikdən çox ümidlidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB