İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İranın nüvə sazişinin bağlanmasında qərarlı olduğunu bildirib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, nazir “ABŞ realist olsa, nüvə anlaşması mümkündür”,-deyə bildirib.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan nigeriyalı həmkarı Cefri Onyeama ilə telefon danışığı aparıb. Nigeriya ilə əlaqələrə önəm verdiklərini ifadə edən Abdullahiyan bildirib ki, İran-Nigeriya əlaqələrini iqtisadi, mədəni və siyasi sahələrdə inkişaf etmək üçün bir fürsət və paytaxt olaraq görürük.
Onyeama ABŞ və İran arasında davam edən nüvə danışıqlarına ümid etdiyini və razılaşmanın tezliklə bağlana biləcəyini söyləyib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB