“Luqansk Xalq Respublikası”nın xalq milisi müttəfiq qüvvələrlə birlikdə əraziyə tam nəzarət edir, lakin cəbhə xətti “respublika” sərhədlərinə çox yaxınlaşıb.
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə xalq milisinin zabiti Andrey Maroçko “Rossiya 1” telekanalının efirində bildirib.
Onun dediyinə görə, vəziyyət həqiqətən çətindir, ərazinin bəzi hissələrində təmas xətti “Luqansk Xalq Respublikası”nın sərhədlərinə çox yaxınlaşıb və artıq təmas xəttindən təxminən 10 kilometr aralıdadır: “Bu, deyək ki, hərbi əməliyyatlar üçün çox azdır”. Xalq milisinin zabiti deyib bunu.
Qeyd edək ki, bu arada “Biz Rusiya iləyik” hərəkatının sədri Vladimir Roqov Zaporojye vilayətindəki Ukrayna Silahlı Qüvvələri qruplaşmalarının artması fonunda müdafiə xəttini gücləndirdiklərini bildirib.
Onun dediyinə görə, əgər ukraynalı yaraqlılar sabah hücuma keçmək qərarına gələrlərsə, guya onları qarşılamağa və onları dəf etməyə hazırdırlar.
Roqov hazırda Ukrayna Silahlı Qüvvələrinin Zaporojye vilayətindəki təmas xəttində çoxlu sayda qüvvə və texnika cəmlədiyini də bildirib.
Onun dediyinə görə, bu istiqamətdə heç vaxt bu qədər çox Ukrayna əsgəri olmayıbmış.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB