''Xarkov vilayətinin 300-dən çox yaşayış məntəqəsi azad edilib''

''Xarkov vilayətinin 300-dən çox yaşayış məntəqəsi azad edilib''

Ukrayna müdafiə nazirinin müavini Anna Maliar sentyabrın 6-dan etibarən Xarkov vilayətinin 300-dən çox yaşayış məntəqəsinin Rusiya qoşunlarından azad edildiyini bildirib.

SİA xəbər verir ki, Anna Maliar Ukraynanın nəzarətində olan Balakliya bölgəsində Xarkov vilayətində Rusiya qoşunlarına qarşı həyata keçirilən hücumları qiymətləndirib.
Sentyabrın 6-dan bu yana təxminən 3800 kvadrat kilometr ərazinin Rusiya qoşunlarından azad edildiyini ifadə edən Maliar deyib: ''300-dən çox yaşayış məntəqəsi, 150 minə yaxın vətəndaşımız girovluqdan azad edilib''.

Maliar bölgədə Rusiya qüvvələrinə qarşı hücumların davam etdiyini və Xarkov vilayəti tamamilə geri alınana qədər davam edəcəyini qeyd edib.

Xarkov vilayətinin Hərbi Administrasiyasının qubernatoru Oleq Sinequbo Ukrayna ordusunun başlatdığı əks-hücumdan əvvəl Xarkov vilayətinin 30 faizi Rusiya qüvvələrinin əlində olduğunu və bu gün bu göstəricinin 15 faiz olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə