Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Rusiyanın hələ də güclü hərbi potensiala malik olduğunu və öz qoşunlarından təkcə Ukraynada deyil, həm də “potensial olaraq başqa yerlərdə” istifadə edə biləcəyini deyib.
SİA-nın RBC-yə istinadən verdiyi məlumatına görə, jurnalistlər üçün keçirdiyi brifinqdə Kirbi Rusiya hərbi qüvvələrinin vəziyyətini və onların Ukraynada keçirilən xüsusi əməliyyat fonunda mümkün zəifləməsini şərh edib.
Onun sözlərinə görə, Putinin ixtiyarında hələ də son dərəcə böyük hərbi potensial var ki, ondan təkcə Ukraynada deyil, həm də potensial olaraq başqa yerlərdə istifadə etmək olar.
Kirbi həmçinin ABŞ Müdafiə Nazirliyinin Rusiyanı hələ də “ifrat təhlükə” kimi qiymətləndirdiyini bildirib.
...Aydındır ki, onların çoxlu ziyan vurmaq üçün hərbi gücü var deyən Kirbi bir müddət bundan əvvəl Kiyevin Ukraynanın bəzi bölgələrində döyüş əməliyyatlarında təşəbbüsü ələ keçirə bildiyi fikrini səsləndirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB