ABŞ Avropada “tank yumruğu” yaradır..?

...Rusiyanın Çini xilas etməsinin qarşısını almaq üçün
ABŞ Avropada “tank yumruğu” yaradır..?

İsrailli hərbi mütəxəssis Yakov Kedmi, Amerika Birləşmiş Ştatları hökumətinin Rusiya Federasiyasının qarşıdakı müharibədə Çinə kömək edə bilməməsi üçün Şərqi Avropada güclü zirehli yumruq yaratmağa çalışdığını bildirib.

Hərbi mütəxəssisin fikrincə, buna görə də hazırda Vaşinqton həm Ukrayna Silahlı Qüvvələrinə, həm də Polşa ordusuna fəal şəkildə müxtəlif silahlar göndərir.

Analitik iddia edir ki, guya bu qoşunlar daim olaraq Rusiyanın diqqətini yayındıracaqlar.

SİA bu barədə rus saytlarına istinad edir.

Əvvəla maraqlıdır, Yakov Kedmi Avropada tank olmadığını deyir. Onun dediyinə görə, guya nə fransızlarda, nə ingilislərdə, nə də almanlarda tank yoxdur (...bəs almanların “Leopard” ları)?

...ABŞ-ın isə tankları var və ABŞ onları Ukrayna və Polşaya ötürməklə Avropada iki nəhəng ordu quracaq. Belə ki, amerikalılat 5 ildən sonra Avropada, dəqiq desək Ukrayna və Polşa ərazilərində nəhəng tank orduları yaradacaqlar.

Qeyd edim ki, Kedmi bunu yaxın dostu Vladimir Solovyovun axşam proqramının efirindən bildirib. (...deyim ki, bunlar belə-belə danışmaqla axırda “binəva” Solovyovda ürək-göbək qoymayacaqlar-A.B.)

Kedminin iddiasına görə, Polşa və Ukraynada yaradəlacaq ordular Vaşinqtonun Avropa İttifaqında şok yumruğu olacaq. Yəhudi ekspert ABŞ-ın bu ölkələrə bütün maliyyə dəstəyi veriləcəyini də istisna etməyib.

...Gələcəkdə ABŞ və Çin arasında münaqişə başlayanda Rusiya Federasiyasını cilovlamaq məcburiyyətində qalacaqlar. İndi də Ağ Ev bu planı uğurla həyata keçirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə