Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti qiymətləndirmək üçün baş katib Stanislav Zasın rəhbərliyi ilə Ermənistana missiya göndərəcək. Bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib. SİA bunu TASS-a istinadən xəbər verir.
“...KTMT-nin məsuliyyət zonasında vəziyyətə daim nəzarət etmək üçün katibliyin əməkdaşları və müştərək qərargahın hərbi qulluqçuları arasından işçi qrupun yaradılması təklifi razılaşdırılıb”.
Zaynetdinov KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasının yekunları üzrə deyib.
O, baş katibi KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorovun və təşkilata üzv dövlətlərin nümayəndələrinin müşayiət edəcəyini qeyd edib.
Zaynetdinovun sözlərinə görə, missiya regiondakı vəziyyətlə bağlı hesabat hazırlayacaq və yaranmış gərginliyin azaldılması variantlarını təklif edəcək. "ld' olunan hesabat Kollektiv Təhlükəsizlik Şurasının payızda İrəvanda keçirilməsi planlaşdırılan növbəti sessiyasında dövlət başçılarına təqdim olunacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB