ABŞ-da vətəndaş müharibəsi gözlənilir?

ABŞ-da vətəndaş müharibəsi gözlənilir?

ABŞ-da ehtimal olunan qarşıdurmaların başlamasından və cəmiyyətdə parçalanmadan qorxan ölkə sakinləri odlu silahlar və yeraltı bunkerlər alırlar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə köşə yazarı Arva Mahdavi “The Guardian” üçün yazdığı məqaləsində məlumat verib.

Beləliklə, baş ofisi Böyük Britaniyada yerləşən beynəlxalq internet araşdırması və məlumatların təhlili şirkəti olan "YouGov-un son sorğusuna görə, amerikalıların 40 faizindən çoxu ABŞ-da ən azı yaxın onillikdə vətəndaş müharibəsinin başlaya biləcəyini düşünürlər.

...Mahdavi həmçinin Birləşmiş Ştatlar xalqının kütləvi zorakılıq epidemiyasına hazırlaşdığını da bildirib.

O qeyd edib ki, əhalinin ən zəngin hissəsi artıq kilerlər və bahalı mebellərlə təchiz olunmuş “qiyamət bunkerləri” alırlar.

Qeyd edək ki, bu ilin avqust ayında “The Washington Post” qəzetinin baş redaktoru Mark Fişer də ABŞ-ın vətəndaş müharibəsinin astanasında olduğunu bildirmişdi.

Fişerin dediyinə görə, Demokratik və Respublikaçı partiyalardan olan siyasətçilər də bu gün ölkədə vətəndaş müharibəsinin ya qaçılmaz, ya da zəruri olduğu fikri ilə razılaşarlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə