ABŞ hakimiyyəti Rusiya tərəfindən digər ölkələrin “gizli siyasi maliyyələşməsi” ilə bağlı kəşfiyyat hesabatlarının bir hissəsini məxfilikdən çıxarıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Reuters” agentliyi ABŞ prezident administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.
ABŞ kəşfiyyatı, rəsminin sözlərinə görə, Rusiyanın 2014-cü ildən bəri xaricə təsirini artırmaq üçün guya 300 milyon dollardan çox xərclədiyini müəyyən edib. Məlumata görə, vəsait 20-dən çox ölkədə siyasətçilərə, xarici partiyalara və məmurlara paylanılıb.
Amma maraqlıdır ki, ABŞ rəhbərliyinin nümayəndəsi bu ölkələrin siyahısını açıqlamayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ hakimiyyətinin Ukrayna və ona qonşu olan 18 dövlətin silah alması üçün iki milyard dollardan çox investisiya ayıracağı bildirilirdi.
...Sonradan, məlum olub ki, burada söhbət Vaşinqtonun NATO-dakı müttəfiqlərindən və Rusiyanın təcavüzü təhlükəsi altında ola biləcək digər tərəfdaşlarından gedir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB