Nur-Sultan yenidən Astana olsun!

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin paytaxtının indi Nur-Sultan adlandırılan şəhərinin yenidən Astana adlandırılması təşəbbüsünü dəstəkləyib.

Amma maraqlıdır ki, o vaxt, 2019-cu ildə Tokayev özü də vəzifəyə gəldikdən sonra şəhərə sələfi Nursultan Nazarbayevin adının verilməsini təklif edənlərdən biri olub. İndi o paytaxtın adının dəyişdirilməsinə “ehtiyaç olsa da”, amma birinci prezidentin adını daşıyan digər obyektlərin adının dəyişdirilməsinə ehtiyac olmadığını deyir..?

...Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev parlament deputatlarının ölkənin paytaxtının Nur-Sultandan yenidən Astana adlandırılması təklifini dəstəkləyib.

Qeyd edək ki, bunu dövlət başçısının mətbuat katibi Ruslan Jeldibay bildirib.

“...Bildiyiniz kimi, bir qrup deputat Astananın keçmiş adının Qazaxıstanın paytaxtına qaytarılmasını təklif edib... Parlamentarilərin təklifi dövlət başçısının razılığı ilə konstitusiya qanunu layihəsinə daxil edilib”.

Qeyd edək ki, bunu da dövlət başçısının mətbuat katibi bildirib.

Onun sözlərinə görə, deputatların təşəbbüsü vətəndaşların parlamentarilərlə görüşləri zamanı və referendum zamanı müraciətlərdə dəfələrlə səsləndirdikləri təkliflər əsasında olub. ...Amma Tokayevin sözlərinə görə, ölkənin birinci prezidenti Nursultan Nazarbayevin adına olan digər obyektlər öz adlarını saxlamalıdırlar.

Bunu da Ruslan Jeldibay deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə