Cənazə üçün 6 milyard funt sterlinq xərclənəcək

Cənazə üçün 6 milyard funt sterlinq xərclənəcək

İngiltərə kraliçası II Elizabet üçün keçiriləcək dəfn mərasiminə hazırlıqlar davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İngiltərə mətbuatı dünyanın hər yerindən dövlət başçılarının da qatılacağı mərasimə ən azı 6 milyard funt sterlinq xərclənəcəyini iddia edib.
Cənazə xərcləri, dəfn mərasimi səbəbiylə elan edilən tətillər və yeni monarx Kralın tacqoyma mərasimi kimi xərclərlə birlikdə ictimaiyyətə açıq olacaq dövlət cənazəsinin İngiltərə iqtisadiyyatına milyardlarla funt sterlinqə başa gələcəyi iddia edilib.
Qeyd edək ki, 2002-ci ildə Elizabethin anasının dəfni təxminən 5,4 milyon funt-sterlinqə başa gəlib, 4,3 milyon funt-sterlinq isə təkcə polis qruplarına xərclənib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə