ABŞ Ukraynaya qırıcıların çatdırılmasına başlaya bilər...

ABŞ Ukraynaya qırıcıların çatdırılmasına başlaya bilər...

ABŞ və Amerika müttəfiqləri orta və uzunmüddətli perspektivdə Ukraynanı qırıcı təyyarələr və hava hücumundan müdafiə qurğuları ilə təmin etmək imkanını müzakirə edirlər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu KİV-lər yazırlar.

... Amma media hazırda Vaşinqtonun Kiyevi bu cür silahlarla təchiz etməyə hazır olmadığını da etiraf edirlər. Qeyd edək ki, bir neçə gün bundan əvvəl dövlətlər Ukraynaya 2,8 milyard dollarlıq hərbi yardım göndərmək qərarına gəliblər. Amma görünür bu kifayət etmirmiş kimi, Kiyev bu dəfə Vaşinqtondan tanklar və 28 başqa növ silah verməsini “tələb edib”.

...Bu arada Pentaqonun yüksək rütbəli rəsmisi ABŞ və müttəfiqlərinin orta və uzunmüddətli perspektivdə Ukraynanı hava hücumundan müdafiə sistemləri və çoxməqsədli döyüş təyyarələri ilə təchiz etməyin mümkünlüyünün araşdırıldığını bildirib.

Bu barədə məlumat verən Britaniyanın “Financial Times” nəşrinin yazdığına görə, hazırda araşdırıcılar bu ideyadan əl çəkiblər. Nəşr qeyd edir ki, ABŞ və digər Qərb ölkələri də indiyədək bu cür tədarüklərdən imtina ediblər. Ukraynanın əks-hücum əməliyyatını şərh edən hərbçi rəsmi Kiyevin hələ də mübarizə aparmaq üçün “ağır mübarizə” apardığını vurğulayıb.

Amma qeyd edilməlidir ki, Ukraynaya verilən təbliğatı dəstək hələ də səngiməyib: “...Biz ukraynalılara ehtiyac duyduqları dəstəyi təmin etmək üçün beynəlxalq ictimaiyyətlə yaxından işləməyə davam edəcəyik”.

Xatırladaq ki, bir neçə gün əvvəl Vaşinqton Ukrayna və qonşu ölkələrə yeni hərbi yardım paketini təsdiqləyib. Ayrılan vəsaitin məbləği 2,8 milyard dollar təşkil edib ki, bunun da 675 milyon dolları Kiyev üçün əlavə silahlara - HIMARS MLRS üçün döyüş sursatlarına, 105 mm-lik haubitsalara, onlar üçün mərmilərə və HARM yüksək sürətli anti-radar raketlərinə gedəcək.

Daha 2,2 milyard dolların isə Ukrayna və 18 qonşu ölkənin təhlükəsizliyinin gücləndirilməsi üçün uzunmüddətli investisiyalara xərclənməsi planlaşdırılır. Digər dövlətlər arasında gələcəkdə Rusiyanın təcavüzü ilə üzləşə biləcək ölkələr də var. Eyni zamanda, konkret ölkələr və Ukrayna üçün nəzərdə tutulan yardımın həcmi göstərilmir.

Bu arada “Politico” nəşri ABŞ administrasiyasının bu həftə Ukrayna ordusuna təqribən 600 milyon dollar dəyərində növbəti silah tədarükünü elan edə biləcəyi barədə yazıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə