“İran Azərbaycan və Ermənistan sərhədlərində dəyişikliyi qəbul etmir”

İran Xarici İşlər Nazirliyinin saytındakı bəyanatda N.Kənani Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə münasibət bildirərək yazıb...
“İran Azərbaycan və Ermənistan sərhədlərində dəyişikliyi qəbul etmir”

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani Azərbaycan və Ermənistan arasındakı münaqişələrdən narahat olduqlarını və ölkəsinin sərhədlərdə heç bir dəyişikliyi qəbul etmədiyini bildirib.

SİA-nın Türkiyə saytlarından əldə etdiyi məlumata görə, İran Xarici İşlər Nazirliyinin saytındakı bəyanatda N.Kənani Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə münasibət bildirərək yazıb: “İki ölkə arasında gərginliyin və sərhəd münaqişələrinin artması ilə bağlı narahatıq. Azərbaycan-Ermənistan sərhədində hər hansı dəyişiklik İran üçün qəbuledilməzdir.

Tehran administrasiyası məsələ ilə bağlı prosesləri yaxından izləyir.

İki ölkə bir-birinin ərazi bütövlüyünə hörmət etməli və problemlər beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həll edilməlidir.

İran iki qonşu arasında mübahisələrin həlli üçün lazım olan yolları təqdim etməyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə