Nigeriyada Lassadan ölənlərin sayı 170-ə yüksəlib

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamaya görə...
Nigeriyada Lassadan ölənlərin sayı 170-ə yüksəlib

Nigeriyada heyvandan insana keçən və ölümlə nəticələnə bilən Lassa qızdırmasından ölənlərin sayı 170-ə yüksəlib.

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamaya görə, 2022-ci ilin yanvarından bu yana ölkədə 6547 şübhəli Lassa qızdırması halı görülüb, onlardan 909-u müsbət çıxıb. SİA-nın əldə etdiyi məlumata görə, bu müddət ərzində ölkədə epidemiyadan ölənlərin sayı 170-ə yüksəlib.

Hər il quraqlıq dövrünün yaşandığı noyabr və may aylarında artan Lassa qızdırmasında 2021-ci ildə 674 xəstə aşkarlanıb, 102 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, Mali, Toqo, Qana, Liberiya, Sierra Leone kimi bir çox Afrika ölkəsində müşahidə edilən Lassa qızdırmasına ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində rast gəlinib.

Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə Lassa qızdırması səbəbindən fövqəladə vəziyyət elan edib. Siçan nəcisi ilə keçən xəstəlik insandan insana keçə bilir və ölümcül hemorragik qızdırma yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə