...Necə deyərlər... müharibəni adətən siyasətçilər başlayır, altını isə sadə insanlar çəkir
Sadə İvan yazıq, neyləsin?

...Qərbin sanksiyaları Rusiyada sadə insanların həyatına təsir göstərməlidir.

SİA TASS-a istinadən xəbər verir ki, bunu bu gün Finlandiyanın baş naziri Sanna Marin bildirib.

Qeyd edək ki, finlandiyalı xanım belə bir bəyanatla Avropa Parlamentinin plenar iclasında çıxış edib.

“…Sanksiyalar adi rusiyalıların gündəlik həyatında öz əksini tapmalıdır”. Burada təhrif filan yoxdur,.. necə deyib, elə də yazırıq.

Maraqlıdır ki, Finlandiyanın baş naziri bununla yanaşı, Ukraynada hərbi əməliyyatların davam etdiyi bir məqamda rusiyalı turistlərinin Avropada sərbəst çəkildə səyahət etməsinə qarşı da çıxıb.

Sanna Marin Avropa İttifaqı ilə Rusiya arasında viza rejiminin sadələşdirilməsi sazişinin tam dayandırılması kifayət olmadığını bildirib.

Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqı Şurası Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatla əlaqədar Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişinin tam dayandırılmasını təsdiqləyib. Xatırladaq ki, müvafiq qərar sentyabrın 12-dən qüvvəyə minib.

Nəticədə vizaların qiyməti qalxıb, onların verilməsi müddəti 15 gündən 45 günə qədər uzadılıb. Eyni zamanda, Rusiya Federasiyası vətəndaşlarının turizm məqsədi ilə viza almaq üçün müraciətlərinə artıq “prioritetsiz baxılacağı” açıqlanıb.

…Və həmçinin, yeni viza rejimi Şengen zonasına çıxışı olmayan konkret Avropa İttifaqı ölkəsinə səfər etmək üçün vizanın verilməsi imkanını nəzərdə tutur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə