Avstraliyada bir kişi kenquru tərəfindən öldürülüb

Avstraliyada bir kişi kenquru tərəfindən öldürülüb

Avstraliya polisi ölkənin cənub-qərbində Pers yaxınlığında yaşayan bir şəxsin ev heyvanı kimi saxladığı kenquru tərəfindən öldürüldüyünü açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Redmonddakı evində qohumu tərəfindən tapılan 77 yaşlı kişi ağır yaralanıb.

Təcili yardım əməkdaşları evə çatanda kenquru müdaxilənin qarşısını aldığı üçün polis heyvanı öldürməli olub. Kişi də hadisə yerində dünyasını dəyişib.

Polis bildirib ki, həmin şəxs səhər kenquru tərəfindən hücuma məruz qalıb.

Qeyd edək ki, Avstraliyada 50 milyona yaxın kenquru yaşayır. Çəkisi 90 kq, uzunluğu 2 metrə çatan bu heyvanların nadirən aqressiv olduğu bildirilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə