Amerikalı cütlük Yəmənə "İŞİD"-ə qoşulmaq üçün gedən gəmiyə minmək istəyərkən tutulduqlarını etiraf edib. SİA xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyindən verilən açıqlamaya görə, amerikalı cütlük Erva Muthana və James Bradley terror təşkilatı olan "İŞİD"-ə dəstək ittihamını qəbul edib.
Cütlük keçən il Nyu Cersi ştatında gəmiyə minərək "İŞİD"-ə qoşulmaq üçün Yəmənə getməyə çalışdıqlarını və bu prosesdə yaxalandığını etiraf edib. Muthanın bacısı Hoda Muthanın 2014-cü ildə "İŞİD" gəlini olduğu və hazırda ABŞ-a qayıtmaq üçün mübarizə apardığı da bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB