ABŞ orta və uzunmüddətli perspektivdə Ukraynaya döyüş təyyarələri tədarük etməyi düşünür. SİA xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yüksək rütbəli rəsmisi bildirib ki, orta və uzunmüddətli perspektivdə Ukrayna ordusuna döyüş təyyarələrinin çatdırılması nəzərdən keçiriləcək. Pentaqonda bir qrup jurnalistə Rusiya-Ukrayna müharibəsi ilə bağlı təhlillər aparan və adının açıqlanmasını istəməyən müdafiə nazirliyi səlahiyyətlisi, Ukraynanın müharibədəki hərbi ehtiyaclarını davamlı olaraq qiymətləndirdiklərini və Ukrayna ordusuna, xüsusən də onun hava hücumundan müdafiə qabiliyyətinə kömək etməyə davam edəcəklərini bildiriblər.
Ukraynaya döyüş təyyarələrinin verilib-verilməməsi ilə bağlı sualı cavablandıran səlahiyyətli, "Döyüş təyyarələri təbii ki, gələcəkdə Ukraynanın ehtiyacları baxımından qiymətləndiriləcək. Hazırda təyyarələri var. Həmin təyyarələr orta və yüksək səviyyəli təyyarələrdir. Bu, bizim uzunmüddətli qiymətləndirməmizin bir hissəsi olmalı olan qabiliyyətlərdən biridir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB