Ağır yol qəzasında 16 nəfər yaralanıb - TÜRKİYƏDƏ

Ağır yol qəzasında 16 nəfər yaralanıb - TÜRKİYƏDƏ

Türkiyədə ağır yol qəzası baş verib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Şanlıurfanın Siverek rayonunda qeydə alınıb. Belə ki, işçiləri daşıyan mikroavtobus minik avtomobili ilə toqquşub. Qəza nəticəsində 16 nəfər xəsarət alıb.

Yaralılar hadisə yerinə cəlb edilən təcili yardım maşınları ilə Siverek Dövlət Xəstəxanasına aparılıb.

Yol qəzası ilə bağlı araşdırma aparılır

Bütün xəbərlər Facebook səhifəmizdə