II Yelizavetanın dəfnində insident yaşanıb...

II Yelizavetanın dəfnində insident yaşanıb...

...Edinburqda İngiltərə kraliçası II Yelizaveta ilə vida mərasimi başlayıb. Dəfn mərasimi şəhərin küçələrindən keçərək dua mərasiminin keçiriləcəyi Müqəddəs Egidius Katedralinə getsə də, lakin mərasimdə hər şey qaydasında getməyib.

Bir anda izdihamdan ayrılan bir gənc Şahzadə Endryuya qarşı təhqiramiz ifadələr işlətməyə başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Moskovski Komsomolets” yayıb.

Deyilənlərə görə, II Yelizavetanın tabutunu kraliçanın dörd övladı müşayət edib. Təbii ki, onların arasında II Yelizavetanın ikinci oğlu 62 yaşlı Şahzadə Endryu da olub.

Yeri gəlmişkən, Şahzadə Endryu bir müddət bundan əvvəl 17 yaşlı amerikalı qız Virciniya Giuffrenə qarşı etdiyi əxlaqsız hərəkətləri ilə bir müddət gündəmdə qalmışdı.

Doğrudur, Endryu özü ittihamları qəbul etməsə də, bəzi məlumatlara görə, o, iddianı həll edə bilib və zərərçəkənə pul təzminatı ödəmələ... “sudan qurqu çıxmağı” bacarıb

Lakin bu ittihamlardan sonra şahzadə hələ də bəzi titullardan məhrum edilib.

...Məsələ bundadır ki, Kraliça ilə vida mərasimi zamanı izdihamdan ayrılan bir gənc Şahzadə Endryuya qarşı təhqiramiz sözlər işlədərək onu “xəstə qoca” adlandırıb.

Yeri gəlmişkən, ittihamlarla əlaqədar şahzadə Endryuya II Yelizavetanın dəfn mərasiminə hərbi forma geymək də qadağan edilibmiş.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə