Yeni sədr münaqişəni "sonlandıracağına" söz verdi

Yeni sədr münaqişəni "sonlandıracağına" söz verdi

Macarıstan nümayəndəsi Çaba Kyoryoşi BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri olub.

SİA-nın TASS-dan əldə etdiyi məlumata görə, o, and içərək vəzifəsinin icrasına başlayıb.

Kyoryoşi təşkilatın Nizamnaməsinə uyğun olaraq və heç bir kənar mənbədən təlimat almadan BMT-nin maraqlarına uyğun olaraq öz vəzifələrini yerinə yetirməyə söz verib.

Maraqlıdır ki, Çaba Kyoryoşi ilk çıxışında Ukraynada dərhal atəşkəsə nail olaraq, danışıqların bərpasına çağırıb.

“Mən Baş Assambleyaya üzv ölkələrin dərhal atəşkəs, humanitar yardıma maneəsiz çıxış, dialoq və diplomatiyaya qayıtmaq çağırışını təkrarlayıram”.

Qeyd edək ki, bunu yeni sədr yurnalistlərə verdiyi ilk açıqlamada bildirib.

Kyoryoşi, əminliklə, münaqişə "sonlandırılmalıdır"-deyə bildirib.

Yeri gəlmişkən xatırladaq ki, çərşənbə axşamı Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası işə başlayacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə