Bunu artıq Ukrayna saytları yazır...
...Belə ki, onların yazdığına görə, Rusiya Federasiyasının hərbi komandanlığı yeni, artıq formalaşmış birləşmələrin Ukrayna ərazisinə göndərilməsini dayandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının xülasəsində məlumat verilib.
Maraqlıdır ki, Ukrayna saytları Rusiya rəhbərliyinin bu əməlini “formalaşmış rus birləşmələrinin” öz rəhbərliyinə göstərdiyi etimadsızlıq, ümumiyyətlə rus əsgərləri arasında çoxlmaqda olan fərariliklə əıaqələndirirlər.
Ukrayna saytlarının yazdığna görə, bundan əlavə, vəziyyətə ölənlərin faktiki sayı ilə bağlı məlumatlar təsir edir, özəl hərbi şirkətlər və müvəqqəti işğal olunmuş ərazilərdən səfərbər olunanların itkiləri nəzərə alınmır. Yaralılara ümumi münasibət səbəbindən vəziyyət daha da pisləşir. Xüsusilə, Rusiya xəstəxanalarında diaqnozlar və döyüşün xarakteri qəsdən sadələşdirilir.Hərbçilərin tez döyüş bölgəsinə qayıtması üçün xəsarətlər, reabilitasiyaya vaxt yoxdur.
...Bu arada verilən digər xəbərə görə, Ukrayna Silahlı Qüvvələrinin yaxınlaşması səbəbindən ruslar “ehtiyat” əsgərlərini Xersona köçürdükləri deyilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB