Dodon Moldovada vəziyyətin çox pis olduğun deyir...

Dodon Moldovada vəziyyətin çox pis olduğun deyir...

Moldovanın eks-prezidenti İqor Dodon qazın bahalaşması ilə bağlı respublikada vəziyyəti kritik adlandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə TASS-a verdiyi müsahibəsində bildirib.

Dodonun dediyinə görə, iki il əvvəl Prezident Maia Sandu və onun “Fəaliyyət və Həmrəylik Partiyası” xalqa “yaxşı zamanların gələcəyini” vəd etdi. Əslində, onlar son iki onilliyin ən pisi olub: avqustda illik inflyasiya 34,3 faizə çatıb ki, bu da Avropada ən yüksək göstəricidir.

Keçmiş prezidentin dediyinə görə bu gün Moldovada ərzaq 38,4 faiz, qaz isə 5 dəfədən çox bahalaşıb.

Ölkə enerji böhranı fonunda pulunu vaxtında ödəyə bilməyən istehlakçıların qazını kəsməyə başlayıb. Avqustun əvvəlindən indiyədək borcu 4 milyon leyi (200 min dollardan çox) keçən 700-dən çox istehlak məntəqəsinin qazı kəsilib.

Yeri gəlmişkən qeyd edək ki, Moldova hakimiyyəti yerli sakinlərə qaz xərclərini kompensasiya edəcəyi barədə söz verib.

Amma “gəzən söz-söhbət”ə görə, Qərb qrantları hesabına həyata keçiriləcək kompensasiyanın, guya qismən, az miqdarda olacağı da deyilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə