“Google”un Rusiya bölməsində, paytaxtın Arbitraj Məhkəməsinin qərarı ilə ilkin iflas proseduru - nəzarət tətbiq edilir.
SİA-nın əldə etdiyi məlumata görə, xəbəri “RİA Novosti” yayıb.
Məhkəmə Rusiya müəssisəsinin özünün müflis olması barədə bəyanatını əsaslı hesab edib. Agentliyin məlumatına görə, görüş bir neçə dəqiqə davam edib. Qeyd edək ki, görüşdə kreditorların nümayəndələri iştirak etməyiblər, yalnız müflisləşmənin tanınması tələbini təsdiqləyən şirkətin vəkilləri olublar.
Şirkətin yerinə yetirilməmiş öhdəliklərinin 19 milyard rublu ötdüyü, kreditorun aktivlərinin təxminən 3,5 milyard rubl olduğu, daha 1,2 milyard rublun isə hesablara həbs qoyulduğu bildirilir.
Xatırladaq ki, “Google”nin Rusiyadakı törəmə şirkəti iyun ayında Moskva Arbitraj Məhkəməsinə müflis olmaq barədə vəsatət verib. Mayın sonunda “Google” MMC maliyyə öhdəliklərini yerinə yetirə bilməməsi səbəbindən iflas elan etmək planlarını açıqlayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB