Kadırov ukraynalılar üçün sürpriz hazırlayıb...

Kadırov ukraynalılar üçün sürpriz hazırlayıb...

Axmat dəstəsinin döyüşçüləri Ukrayna quldur dəstələri üçün “maraqlı sürpriz” hazırlayıblar. Bu barədə bazar ertəsi Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov özünün Telegram kanalında məlumat verib.

Deməli, Ramzanın dediyinə görə, Çeçenistan Respublikasındakı polis alayının komandir müavini Sultan Rəşayevin rəhbərlik etdiyi “Axmat” xüsusi təyinatlı dəstəsi Ukraynanı gecə-gündüz denazifikasiya edir. Bundan əlavə döyüşçülərimiz Ukrayna quldur dəstələri üçün maraqlı bir sürpriz hazırlayıblar ki,..yaxınlarda hamınız görəcək. Amma Ramzan o vaxta qədər kartları göstərməyəcəyini deyir.

Maraqlıdır ki, o vaxt faşist Almaniyası üzərində qələbədən sonra müttəfiqlər hamısı bir yerdə birləşib Almaniyada denazifikasiya həyata keçirməyə girişdilər. Bəli, bütün müttəfiqlər. Amma Kadırov Ukraynadakı denazifikasiyanı təkbaşına həyata keçirir? Deyirəm rəhbər olasan, özü də belə fərasətlisindən...

Beləliklə Kadırovun sözlərinə görə, döyüşçülərin bütün hərəkətləri aydın şəkildə - kənarlaşmalar və fövqəladə hallar olmadan... planlaşdırılıb.

Ramzan onu da qeyd edib ki, Çeçenistan təhlükəsizlik qüvvələrinin cəsarəti, şücaəti və qəhrəmanlığı, eləcə də müttəfiq qüvvələrlə yaxşı qurulmuş qarşılıqlı əlaqə sayəsində “Axmatov”çu bölmələr məsuliyyət zonasında uğurlu xüsusi hərbi əməliyyat keçirirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə