Amerika peyki dağılıb və Yeri təhlükəyə atıb

Moskvada yerləşən Rusiya Elmlər Akademiyasının Keldış Tətbiqi Riyaziyyat İnstitutunun məlumatına görə...
Amerika peyki dağılıb və Yeri təhlükəyə atıb

Amerika peykinin 10 sentyabrda kainatda qismən dağıldığı və Yerin orbitində fırlanan digər kosmik gəmiləri təhlükə altına atdığı bildirilib.

SİA xəbər verir ki, Moskvada yerləşən Rusiya Elmlər Akademiyasının Keldış Tətbiqi Riyaziyyat İnstitutunun məlumatına görə, sözügedən vasitə “İntelsat” peyk xidmətləri şirkəti tərəfindən idarə olunan Amerika geostasionar rabitə peyki “Galaxy 11”dir. Bu peyk 1999-cu ildə “İntelsat 802” peykinin ehtiyat nüsxəsi kimi buraxılıb.

Alimlər teleskopların “Galaxy 11”dən ayrılan və indi orbitdəki digər peyklər üçün potensial təhlükə yaradan bir neçə kiçik ölçülü hissələri izlədiklərini bildiriblər: “Kosmik gəminin sıradan çıxmasının dəqiq səbəbləri hazırda məlum deyil, lakin bu, istilik izolyasiyası, günəş panelləri və ya digər avadanlıqların köhnəlməsi nəticəsində ola bilər”.

Bütün xəbərlər Facebook səhifəmizdə